Ana Sayfa > Karusel / Gündəm > Aİ nümayəndəsi İran XİN başçısının müavini ilə nüvə sazişi danışıqlarını müzakirə edib
Aİ nümayəndəsi İran XİN başçısının müavini ilə nüvə sazişi danışıqlarını müzakirə edib27-03-2022, 15:26. Yazar: Admin |
İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora Tehranda İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər Vyanada nüvə sazişi üzrə aparılan danışıqları, o cümlədən həll olmamış məsələləri müzakirə edib. Eyni zamanda, E.Mora bu mövzuda danışıqların digər iştirakçıları ilə son məsləhətləşmələri barədə məlumat verib. Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Co Bayden isə dəfələrlə ölkəsinin BHFP-yə qayıtmağa hazır olduğuna dair mesajlar verib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də ABŞ BHFP-ni keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır. Geri dön |