Ana Sayfa > Karusel / Gündəm > Luqanskda küçə döyüşləri gedir

Luqanskda küçə döyüşləri gedir


27-03-2022, 15:01. Yazar: Admin

Ukrayna ordusu şimal-şərq və şərq cəbhəsində əks-hücum əməliyyatlarına davam edir.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Sumı vilayətində 1 şəhər, 2 qəsəbənin işğaldan azad olunmasından sonra şərq cəbhəsində işğal altında olan Luqansk vilayətinin Rubejnı və Popasnı şəhərlərində gərgin küçə döyüşləri gedir.

İnformasiyanı Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday da təsdiqləyib. O bildirib ki, hazırda döyüşlər çox gərgin şəraitdə keçir və əsl ölüm-qalım savaşını xatırladır.


Geri dön