Azərbaycanın daha bir media qurumuna Rusiyada blok qoyulub. Qarabaginfo.az xəbər verir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb. Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, “Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır. Qeyd edək ki, bundan əvvəl Haqqin.az və Minval.az saytları da Rusiya ərazisində bloklanıb.
Geri dön
|