Ana Sayfa > Karusel / Gündəm > Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR


27-03-2022, 14:35. Yazar: Admin

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Qarabaginfo.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan ölkə vətəndaşı üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.

Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədləri açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla hələlik icazə verilmir. Bunun üçün Gürcüstan və Azərbaycan vətəndaşları Azərbaycana havayolu ilə gedib-gələ bilərlər.


Geri dön