Ana Sayfa > Karusel / Gündəm > Olimpiya mükafatçımız məğlub oldu

Olimpiya mükafatçımız məğlub oldu


27-03-2022, 14:23. Yazar: Admin

Olimpiya mükafatçımız məğlub oldu

Slovakiyada karate üzrə Qran Pri keçirilir.

Qarabaginfo.az xəbər verir ki, millimizin lideri İrina Zaretska (68 kq) gözlənilmədən ikinci mərhələdə uduzub.

Tokio-2020-nin gümüş mükafatçısı bürünc medal uğrunda mübarizə aparmaq şansı qazansa da, bu görüşdə də məğlub olaraq mükafatsız qalıb.

Bundan başqa, 8 karateçimiz xalça üzərinə çıxıb. Onlardan Xumar Əlibəyova (50 kq) və İlahə Qasımova (55 kq) bürünc medal qazanıb.


Geri dön