Ana Sayfa > Karusel / Gündəm > Luqanskda Rusiyaya birləşmək üçün referendum keçiriləcək

Luqanskda Rusiyaya birləşmək üçün referendum keçiriləcək


27-03-2022, 13:57. Yazar: Admin

Luqanskda Rusiyaya birləşmək üçün referendum keçiriləcək

Özünü elan edən Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bölgədə tezliklə Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə icazə verib. 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, bazar günü, martın 27-də jurnalistlərə müsahibəsində bildirib.

"Hesab edirəm ki, yaxın vaxtlarda respublikada referendum keçiriləcək", - Paseçnik əlavə edib. 

Onun sözlərinə görə, referendumda xalq öz konstitusion hüququndan istifadə edə və Rusiyaya birləşmək barədə fikirlərini ifadə edə biləcək: "Nədənsə əminəm ki, məhz belə olacaq". 


Geri dön