Ana Sayfa > Karusel / Gündəm > İngiltərədən möhtəşəm statistika
İngiltərədən möhtəşəm statistika27-03-2022, 13:54. Yazar: Admin |
İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir. Qarabaginfo.az xəbər verir ki, Qaret Sautqeytin komandası ötən gecə yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib. Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır. Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçika uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib. Geri dön |