Ana Sayfa > Karusel / Cəmiyyət > Hərbi ekspert “rus”a görə adını dəyişdi, indi o, Ruslan yox, Alparslandır

Hərbi ekspert “rus”a görə adını dəyişdi, indi o, Ruslan yox, Alparslandır


27-03-2022, 10:30. Yazar: Admin

Tanınmış hərbi ekspert, "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Ruslan İmamquliyev “rus” hərf birləşməsinə görə öz adını dəyişdirmək qərarı verib. Bu barədə ekspert özü sosial media hesabında yazıb.

"Adımda olan rus başlığından dolayı adımı ALP ARSLAN , soyadımı İMAMQULU olaraq dəyişdirmə qərarı aldım. İlk başda adımızı və soyadımızı əsarətdən qurtaraq. Hər birinizi soyadlarınızda olan keçmişin damğasından qurtulmağa dəvət edirəm! Bu gündən etibarən mənə ALP ARSLAN İMAMQULU olaraq müraciət edə bilərsiniz. Düşmənlərimizə qarşı imanlı, iradəli və cəsarətli olma zamanıdır!",-keçmiş Ruslan, indiki Alparslan belə yazıb.


Geri dön