Ana Sayfa > Karusel / Region > Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir


27-03-2022, 09:04. Yazar: Admin

Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Hücum əməliyyatları zamanı ciddi itki vermiş Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci ordusunun ayrı-ayrı bölmələrinin yenidən qruplaşdırılması həyata keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, bir neçə bölmə Çernobıl rayonundan döyüş qabiliyyətlərinin bərpa edilməsi üçün Belorus ərazisinə aparılıb: “İstisna edilmir ki, sonradan gücləndirilmiş həmin hərbi bölmələr Kiyevin cənub-qərb istiqamətindən mühasirəyə alınması üçün hərbi əməliyyatlara cəlb ediləcək”.


Geri dön