Ana Sayfa > Karusel / Gündəm > Rus ordusu bu şəhəri atəşə tutdu: yaralılar var
Rus ordusu bu şəhəri atəşə tutdu: yaralılar var27-03-2022, 02:18. Yazar: Admin |
Rus ordusu Kiyev vilayətinin Boyarka şəhərini atəşə tutub, nəticədə ilkin məlumata görə, 4 nəfər yaralanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Teleqram kanalında məlumat yayıb. "Bu gün Rusiya silahlı qüvvələrinin hərbi qulluqçuları Boyarka şəhərini atəşə tutublar. İlkin məlumata görə, 4 nəfər, o cümlədən azyaşlı uşaq yaralanıb. İşğalçılar şəhərin infrastrukturuna – çoxmərtəbəli və fərdi yaşayış binalarına, qarajlara və digər daşınmaz əmlak obyektlərinə ziyan vurub”, - məlumatda deyilir. (axar.az) Geri dön |