Ana Sayfa > Karusel / Gündəm > Pakistanda 6 terrorçu zərərsizləşdirildi

Pakistanda 6 terrorçu zərərsizləşdirildi


27-03-2022, 01:20. Yazar: Admin

Pakistanın ordusu Bəlucistan əyalətinin Sobbi rayonunda antiterror əməliyyatı keçirib.

Qarabaginfo.az xəbər verir ki, əməliyyat zamanı “Bəlucistanın milli ordusu” adlandıran terror təşkilatının altı üzvü məhv edilib.

Terrorçularla atışmada Pakistan ordusunun bir hərbçisi həlak olub.

Ərazidə xeyli miqdarda silah və sursat aşkar olunub.


Geri dön