Ana Sayfa > Karusel / Gündəm > Harri Keyn İngiltərə yığmasına əzmkar qələbə qazandırıb

Harri Keyn İngiltərə yığmasına əzmkar qələbə qazandırıb


27-03-2022, 00:37. Yazar: Admin

"Tottenhem" klubunun futbolçusu Harri Keyn İngiltərə millisinin heyətində 49-cu qolunu vurub.

Qarabaginfo.az-ın məlumatına görə, 29 yaşlı hücumçu İsveçrə ilə yoldaşlıq görüşündə fərqlənib.

Londondakı "Uembli" stadionunda keçirilmiş görüşdə hesabı 22-ci dəqiqədə İsveçrə millisindən Brel Embolo açıb. Lakin 45+1-ci dəqiqədə Lük Şou bərabərlik, 78-ci dəqiqədə isə Harri Keyn penalti ilə qələbə topunu vurub - 2:1.

Beləliklə, Keyn bu göstəricidə əfsanəvi forvard Bobbi Çarltonla bərabərləşib. Ona belə bir göstəriciyə imza atmaq üçün 68, Çarltona isə 106 matç lazım gəlib.

Qeyd edək ki, İngiltərə millisinin ən yaxşı bombardiri Ueyn Runidir. Onun aktivində 120 oyuna 53 qol var.


Geri dön