Ana Sayfa > Karusel / Gündəm > Blinken İsrail və Fələstinə səfər edəcək

Blinken İsrail və Fələstinə səfər edəcək


27-03-2022, 00:23. Yazar: Admin

Blinken İsrail və Fələstinə səfər edəcək

ABŞ Dövlət katibi Entoni Blinkenin İsrail və Fələstinə səfər edəcəyi gözlənilir.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, E.Blinken İsrail hökumətinin rəsmilərilə görüşdükdən sonra Fələstinin dövlət başçısı ilə də bir araya gələcək.

ABŞ Dövlət katibinin İsrailin Prezidenti İsaak Hersoq, Baş nazir Naftali Bennet, xarici işlər naziri Yair Lapid, müdafiə naziri Beni Qansla görüşü gözlənilir. Görüşdə İran və Fələstin məsələləri müzakirə olunacaq.

Blinken səfəri çərçivəsində həm də Bəhreyn, Misir, İsrail, Marokko və BƏƏ-dən olan həmkarları ilə diplomatk sammitdə iştirak edəcək.

Martın 27-də Ramallah şəhərində Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılan ABŞ Dövlət katibinin səfəri martın 28-də başa çatacaq.


Geri dön