Ana Sayfa > Karusel / Gündəm > ABŞ Prezidenti: "Rusiya lideri hakimiyyətdə qala bilməyəcək"

ABŞ Prezidenti: "Rusiya lideri hakimiyyətdə qala bilməyəcək"


27-03-2022, 00:19. Yazar: Admin

ABŞ Prezidenti: "Rusiya lideri hakimiyyətdə qala bilməyəcək"

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibədə Rusiyanın heç vaxt qalib gəlməyəcəyini açıqlayıb.

Qarabaginfo.az “RİA Novosti”yə isitinadən xəbər verir ki, bu barədə amerikalı lider Varşava səfərininin sonunda açıqlama verib.

 

Co Bayden bildirib ki, Rusiya lideri hakimiyyətdə qala bilməyəcək.

“Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Çünki azad insanlar zülmət və ümidsizliyin hökm sürdüyü dünyada yaşamaq istəmir. Bizim fərqli gələcəyimiz, demokratiya və prinsiplərimiz, ümidimiz, ləyaqətə, azadlığa əsaslanan parlaq gələcəyimiz olacaq. və fürsət. Bu adam hakimiyyətdə qala bilməz”, - deyə Bayden bildirib.


Geri dön