Ana Sayfa > Karusel / Gündəm > Bayden Ukraynada baş verənləri SSRİ-nin Macarıstan, Polşa, Çexoslovakiyadakı hərəkətləri ilə müqayisə edib
Bayden Ukraynada baş verənləri SSRİ-nin Macarıstan, Polşa, Çexoslovakiyadakı hərəkətləri ilə müqayisə edib27-03-2022, 00:07. Yazar: Admin |
ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada baş verənlər SSRİ-nin soyuq müharibə dövründə Macarıstan, Polşa və Çexoslovakiyada törətdiyi i hərəkətlərlə ilə müqayisə etmək olar. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə TASS məlumat yayıb. O, bu fikri Varşavaya səfəri çərçivəsində şənbə günü çıxışı zamanı deyib. Amerika liderinin sözlərinə görə, Ukraynadakı döyüşlər “uzun mübarizədə ən son döyüşdür”. Bununla bağlı o, Macarıstan, Polşa və Çexoslovakiyada baş verənləri xatırladıb: “Sovet tankları demokratik üsyanları darmadağın etdi. Bu müqavimət Berlin divarı və nəhayət 1989-cu ildə Sovet hakimiyyətinin bütün divarları yıxılana qədər davam etdi. Onlar yıxıldı, xalq qalib gəldi”,- deyə Bayden bilidirib. Geri dön |