Ana Sayfa > Karusel / Gündəm > “Türkiyə S-400 komplekslərini Ukraynaya verməyəcək”

“Türkiyə S-400 komplekslərini Ukraynaya verməyəcək”


26-03-2022, 23:51. Yazar: Admin

“Türkiyə S-400 komplekslərini Ukraynaya verməyəcək”

“Türkiyə tərəfindən “S-400” zenit raket komplekslərinin Ukraynaya verilməsi məsələsi gündəmdə deyil”.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Doha Forumu”nda çıxışı zamanı deyib. 

“S-400”lərin sövdələşməsi həyata keçirildi, satın alındı. Biriləri bunu dedi: “Türkiyə S-400-ləri Ukraynaya versin”. Belə zənn edirəm ki, bunu amerikalılar deyib, amma bu, müzakirə mövzusu belə deyil”, - deyə Çavuşoğlu qeyd edib. 

Qeyd edək ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb ki, ABŞ Türkiyəyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə vasitələrinə ukraynalı hərbçilərə verməyi təklif edir.


Geri dön