Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi: Dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır
Müdafiə Nazirliyi: Dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır26-03-2022, 23:39. Yazar: Admin |
Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Geri dön |