Ana Sayfa > Karusel / Gündəm > Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının növbəti oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının növbəti oyunları keçirilib


26-03-2022, 20:40. Yazar: Admin

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

Qarabaginfo.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib- 3:0 (25:7, 25:18, 25:15)

Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib.

Beləliklə, XIII turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Murov”-un 26, MOİK-in 18, “Ekspress”-in 6, “Sərhədçi” komandasının isə xalı yoxdur.


Geri dön