Ana Sayfa > Karusel / Siyasət > Hadı Rəcəblinin dairəsi də ləğv edildi
Hadı Rəcəblinin dairəsi də ləğv edildi13-02-2020, 17:18. Yazar: Admin |
74 saylı Lənkəran seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib. "Qarabaginfo" xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib. Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.
Geri dön |