Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi mövzularda yaxınlaşıb”

Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi mövzularda yaxınlaşıb”


26-03-2022, 18:57. Yazar: Admin

Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi mövzularda yaxınlaşıb”

Rusiya və Ukrayna liderlərini bir araya gəlməsi üçün mütləq şəkildə Belarusdakı danışıqlarda yaxınlaşma olmalıdır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, tərəflərin mövqeyi bəzi mövzularda artıq yaxınlaşıb.

“Və ancaq bundan sonra iki lider görüşə bilər. Lakin bundan əvvəl XİN başçıları bir daha bir araya gəlməlidirər”, - deyə nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, müharibə davam etdiyi halda hər hansı sülh sazişinin imzalanması çətin məsələdir. O bunun üçün atəşkəsə nail olmaq lazım olduğunu deyib.


Geri dön