Ana Sayfa > Karusel / Gündəm > Ruslar əkin yerlərini minalayır - Taxıl böhranı yetişir

Ruslar əkin yerlərini minalayır - Taxıl böhranı yetişir


26-03-2022, 17:55. Yazar: Admin

"Ukraynanın müharibə vəziyyətində torpaqlarını əkib-becərməsi əzablıdır". 

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski onlayn qatıldığı Doha Forumunda deyib.

O vurğulayıb ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir: 

"Dünya hələ də özünə gələ bilməyib. COVID-19 pandemiyasından sonra indi də ərzaq məsələsi risk altındadır. Ruslar taxıl əkilməsinin qarşısını alır. Ukraynanın torpaqlarını minalayır, kənd təsərrüfatı texnikalarına və yanacaq anbarlarına zərbə vururlar. Limanlarımızı işğal ediblər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracatın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası ölkələri və digər ölkələr bundan zərər çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq. Rusiyanı sülhə məcbur etmək üçün sanksiyalar tətbiq edilir".


Geri dön