Ana Sayfa > Karusel / Region > Ukraynada 14 şəhərin meri girov götürülüb
Ukraynada 14 şəhərin meri girov götürülüb26-03-2022, 08:15. Yazar: Admin |
Rusiya hərbçiləri Ukraynanın 14 şəhərinin merini girov götürüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi əsir və girovların yalnız paritet şərtlərlə mübadiləsinə razılıq verib.
“Rusiya bu məsələdə paritet tələb edir, deyirlər ki, sərhədçini sərhədçi ilə, matrosu matrosla dəyişək. O zaman mənim sualım var: Rusiya artıq 14 Ukrayna şəhərinin başçısını girov götürüb, onları kimlə dəyişəcəyik?” - deyə Ukrayna Baş nazirinin müavini qeyd edib.(Modern.az) Geri dön |