Ana Sayfa > Karusel / Region > İnterpol Moldovaya xüsusi missiya göndərib

İnterpol Moldovaya xüsusi missiya göndərib


26-03-2022, 00:26. Yazar: Admin

İnterpol Moldovaya xüsusi missiya göndərib

Ukraynadan gələn qaçqın axınını ilə əlaqədar olaraq İnterpol Moldovaya əməliyyat dəstəyi qrupu göndərib.

Qarabaginfo.az-ın İnterpolun rəsmi saytına istinadla xəbərinə görə, dəstək qrupu paytaxt Kişinyovda və qaçqın düşərgələrində fəaliyyət göstərəcək.

Qrupun məqsədi Moldova polisinə və humanitar təşkilatlara dəstək verməkdir. Qrup üzvləri yerlərdə vəziyyəti qiymətləndirəcək, hazırlıq, təhlil və əməliyyat dəstəyi sahəsində ehtiyacları müəyyən edəcəklər. İnterpol bildirib ki, son həftələrdə Ukrayna sərhədlərinin qanunsuz keçilməsi və insan alveri ilə bağlı çox sayda məlumat daxil olub.(Apa)


Geri dön