Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb.
Qarabaginfo.az-ın TASS-a istinadla xəbərinə görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Paşinyandan əvvəl Moskvaya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər edəcək.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə, xarici işlər naziri Ararat Mirzoyan işçi səfəri isə aprelin 8-nə nəzərdə tutulub” – deyə Zaxarova bildirib.