Ana Sayfa > Karusel / Multimedia > İnternet reytinqi: Azərbaycan 180 ölkə arasında 122-ci yerdədir

İnternet reytinqi: Azərbaycan 180 ölkə arasında 122-ci yerdədir


25-03-2022, 20:16. Yazar: Admin
İnternet reytinqi: Azərbaycan 180 ölkə arasında 122-ci yerdədir

Azərbaycan dünyada mobil internetin sürətinə görə 138 ölkə arasında ötən ilə nisbətən bir pillə geriləyərək 61-ci yeri tutub.

Qarabaginfo.az xəbər verir ki, sabit internetin sürətinə görə isə 180 ölkə arasında 122-ci yerdə qərarlaşıb.

Bu barədə "Speedtest Global Index"in illik hesabatında qeyd olunub.

Dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Norveç və Cənubi Koreya daxil olub.

Dünyada ən zəif mobil internetə çıxış isə Fələstin, Əfqanıstan və Venesueladadır.(Yenisabah.az)


Geri dön