Qarabagunfo.az xəbər verir ki, bununla bağlı Rusiya tərədinin açıqlamasında qeyd olunub ki, Kuril adalarında keçirilən döyüş hazırlığında Şərq Hərbi Dairəsinin ordu hissələrinin pulemyot və artilleriya hissəsinə məxsus 3000-dən çox əsgər və yüzlərlə hərbi texnika iştirak edib.
Qeyd edək ki, Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rəsmi Moskvanı qıcıqlandırıb. Bundan əlavə Yaponiyanın Kuril adaları ilə bağlı iddiaları son günlər yenidən gündəmə gəlib. Görünən odur ki, Rusiya- Yaponiya arasında da gərginlik getdikcə artmaqdadır.