Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan müharibənin dayandırılması üçün Putinə çağırış edəcək

Ərdoğan müharibənin dayandırılması üçün Putinə çağırış edəcək


25-03-2022, 13:37. Yazar: Admin

Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları ilə telefonla danışacaq.

Qarabaginfo.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə o jurnalistlərə açıqlamasında deyib.

 

“İndi bu gün Zelenski ilə telefon danışığım olacaq. Yəqin ki, həftə sonu və ya gələn həftənin əvvəlində Putinlə yenidən danışa bilərəm”,- deyə o bildirib.

O əlavə edib ki, Rusiya Prezidentinə müharibənin dayandırılması üçün çağırış edəcək.


Geri dön