Ana Sayfa > Karusel / Gündəm > "Formula 1": Dördqat dünya çempionu mövsümün ikinci yarışını da buraxacaq
"Formula 1": Dördqat dünya çempionu mövsümün ikinci yarışını da buraxacaq25-03-2022, 12:46. Yazar: Admin |
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel mövsümün ikinci yarışını da buraxacaq. Qarabaginfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, martın 17-də koronavirus testi müsbət çıxan 35 yaşlı sürücü Səudiyyə Ərəbistanı Qran-prisində iştirak etməyəcək. 4 qat dünya çempionunu növbəti dəfə almaniyalı həmyerlisi Niko Hülkenberq əvəzləyəcək. Səudiyyə Ərəbistanı Qran Prisi 25 - 27 martda olacaq. Sebastyan Fettel martın 20-də Bəhreyndəki yarışda da iştirak etməyib. Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. (report.az)
Geri dön |