Ana Sayfa > Karusel / Gündəm > Malta – Azərbaycan oyununun favoriti açıqlanıb

Malta – Azərbaycan oyununun favoriti açıqlanıb


25-03-2022, 12:43. Yazar: Admin

Malta – Azərbaycan oyununun favoriti açıqlanıb

Azərbaycan millisinin Malta ilə yoldaşlıq oyununun əmsalları açıqlanıb.

Qarabaginfo.az saytının məlumatına görə, bukmeker kontorları Canni de Byazinin yetirmələrini qarşılaşmanın favoriti sayır.

 

Millimizin qələbəsinin əmsalı 2,10-la dəyərləndirilir. Meydan sahiblərinin qalib gəlməsi 3,68-la qiymətləndirilir. Heç-heçə əmsalı 3,15-ə bərabərdir.

Qeyd edək ki, Ta Qalidəki Milli stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Geri dön