Ana Sayfa > Karusel / Gündəm > Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb
Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb25-03-2022, 11:29. Yazar: Admin |
Martın 24-də Moskva birjasında ticarətin bərpasından sonra Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2,7 milyard ABŞ dolları artıb. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, “Bloomberg Billionaires Index”in məlumatlarına əsasən, ticarətin açılmasından sonra 10 rusiyalı iş adamı sərvətini artıra bilib. O cümlədən “Volqaa Qrup” investisiya şirkətinin əsas səhmdarı, daha əvvəl Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına düşən Gennadi Timçenko, həmçinin “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson kapitallarını 1 milyard dollardan çox artırıb. Agentliyin məlumatına görə, ümumi sərvəti 26,3 milyard ABŞ dolları olan “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin Rusiyanın ən varlı adamı olaraq qalmaqdadır. “Bloomberg” İnfirmasiya Agentliyi 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index” dərc edir. Biraylıq fasilədən sonra martın 24-də fəaliyyətini bərpa edən Moskva birjasının indeksi ticarət gününün sonunda birjada ticarətin bağlandığı 25 fevral tarixi ilə müqayisədə 4,4% artaraq 2578,5 bənd təşkil edib. Geri dön |