Ana Sayfa > Karusel / Gündəm > Kremlin təbliğatçıları daha bir ölkədən “qırmızı kart“ aldı - Putinin ideoloqu da sanksiyadan yan keçmədi
Kremlin təbliğatçıları daha bir ölkədən “qırmızı kart“ aldı - Putinin ideoloqu da sanksiyadan yan keçmədi25-03-2022, 11:11. Yazar: Admin |
“Rossiya Seqodnya”nın və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, rejissor Tiqran Keosayan və “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyeva Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, ümumilikdə, ölkənin Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə departament rəhbəri Maris Peynin “Kremlpərəst təbliğatçılar” adlandırdığı 22 rusiyalının adı var.
Siyahıda RT rəhbəri ilə yanaşı, “Moskva Speaks” radiostansiyasının baş redaktoru Roman Babayan, Strateji Mədəniyyət Fondu ("Fond Strategiçeskoy Kulturı"), “İnforos”, “News Front” və “Kamerton” jurnalının rəhbərləri də var. Siyahıda, həmçinin, rus filosofu Aleksandr Duqinin qızı, "United World International"-ın baş redaktoru Dariya da var. Geri dön |