Ana Sayfa > Karusel / Dünya > Bayden və Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

Bayden və Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər


25-03-2022, 06:30. Yazar: Admin

Bayden və Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden və Avropa İttifaqı liderləri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduqlarını müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının press-relizində deyilir.

“ABŞ və Aİ ölkələrinin liderləri Rusiya və Belarusa iqtisadi xərclər tətbiq etmək üçün davam edən səylərini, habelə əlavə tədbirlər görməyə və sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazır olduqlarını nəzərdən keçirdilər", - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, Bayden və müttəfiqləri Ukrayna və qonşu ölkələrə qaçqın məsələlsində humanitar yardımın göstərilməsini də müzakirə ediblər.


Geri dön