Ana Sayfa > Karusel / Region > Ərdoğan Makronla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ərdoğan Makronla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib


24-03-2022, 21:08. Yazar: Admin

Ərdoğanla Makron Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd olunub ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu bildirilib.

Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb.

Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emanuel Makronla görüşüb.

 


Geri dön