Ana Sayfa > Karusel / Gündəm > Səfir: “Onlar nüvə dövlətinə sataşdığını xatırlamalıdır“

Səfir: “Onlar nüvə dövlətinə sataşdığını xatırlamalıdır“


24-03-2022, 19:14. Yazar: Admin

Səfir: “Onlar nüvə dövlətinə sataşdığını xatırlamalıdır“

"NATO Rusiyaya qarşı təxribat törədərsə, Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayacaq". 

 

Qarabaginfo.az “Sky News”a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski bəyan edib.

O, əlavə edib ki, NATO Rusiyanı təhdid və onun işlərinə qarışmağa cəhd edəndə nüvə dövlətinə sataşdığını xatırlamalıdır. "Buna görə də, bütün mümkün olan hərəkətlərin nəticələrini hesablamalıdırlar".

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da analoji bəyanatla çıxış etmişdi.

O qeyd etmişdi ki, Rusiya üçün ontoloji təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər.


Geri dön