Ana Sayfa > Karusel / Gündəm > Brüsseldə G7 liderlərinin iclası keçirilir

Brüsseldə G7 liderlərinin iclası keçirilir


24-03-2022, 19:04. Yazar: Admin

Brüsseldə G7 liderlərinin iclası keçirilir

Brüsseldə G7 ölkələrinin liderlərinin iclası keçirilir.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, iclasda ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Mario Draqi, Kanada Baş naziri Castin Trüdo, Yaponiya Baş naziri Kişido Fumio, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq iştirak edir. İclasın əsas müzakirə mövzusunun Ukraynanın işğalı olduğu bildirilib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski G7 ölkələrinin liderlərinə bir daha onlayn formatda müraciət edəcək.


Geri dön