Ana Sayfa > Karusel / Gündəm > Millimiz Sloveniyada yenə uduzdu

Millimiz Sloveniyada yenə uduzdu


24-03-2022, 18:47. Yazar: Admin

Millimiz Sloveniyada yenə uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Qarabaginfo.az xəbər verir ki, yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Millimiz sloveniyalı yaşıdları ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.


Geri dön