Ana Sayfa > Karusel / Dünya > NATO: Rusiyanı ən sərt şəkildə qınayırıq
NATO: Rusiyanı ən sərt şəkildə qınayırıq24-03-2022, 18:16. Yazar: Admin |
"Biz Rusiyanın Ukraynanı işğalını mümkün olan ən sərt şəkildə qınayırıq". Qarabaginfo.az xəbər verir ki, NATO-nun dövlət və hökumət başçılarının bəyanatında belə qeyd olunub. Sənəddə Rusiya Prezidenti Vladimir Putinə müharibəni dərhal dayandırması və Ukraynadan hərbi qüvvələrini geri çəkməsi çağırışı edilib. "Rusiya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 16 mart tarixli qərarına riayət etməli və hərbi əməliyyatları dərhal dayandırmalıdır. Rusiyanın Ukraynaya hücumu qlobal təhlükəsizliyi təhdid edir. Onun beynəlxalq normalara hücumu dünyada təhlükəsizliyi zəiflədir". Bəyanatda vurğulanıb ki, Rusiya tərəfindən kimyəvi və ya bioloji silahların istifadə edilməsi qəbuledilməzdir və bu ciddi nəticələr doğuracaq. "Ukraynanın BMT Xartiyasına uyğun olaraq fundamental özünümüdafiə hüququ var", - bəyanatda qeyd olunub. Əlavə olunub ki, müttəfiqlər kibertəhlükəsizlik, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi ilə bağlı Ukraynaya yardımlarını davam etdirəcəklər. Bəyanatda bütün ölkələrə, xüsusilə də Çinə Rusiyanın müharibə səylərini dəstəkləməkdən, eləcə də Rusiyanın sanksiyalardan yayınmasına yardım etməkdən çəkinməyə dair çağırış edilib. Qeyd olunub ki, NATO-nun tədbirləri proporsionaldır və vəziyyətin eskalasiyasına xidmət etmir və qabaqlayıcı xarakter daşıyır.(Apa) Geri dön |