Ana Sayfa > Karusel / Gündəm > Kreml Boris Consonu anti-Rusiya yarışının ən fəal iştirakçısı adlandırıb
Kreml Boris Consonu anti-Rusiya yarışının ən fəal iştirakçısı adlandırıb24-03-2022, 18:00. Yazar: Admin |
Böyük Britaniyanın baş naziri Boris Conson anti-Rusiya yarışının ən fəal iştirakçılarından biridir, lakin bu, Olimpə yox, xarici siyasətdə dalana gətirib çıxaracaq. Qarabaginfo.az-ın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Cənab Consona gəldikdə, biz onun anti-Rusiya yarışının ən fəal iştirakçısı olduğunu görürük. Ancaq bu yarış heç kimi Olimpa aparmayacaq, əksinə, xarici siyasətdə çıxılmaz vəziyyətə gətirib çıxaracaq", - deyə Kremlin sözçüsü Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiya Prezidentinin "qırmızı xətti" keçməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib. Geri dön |