Ana Sayfa > Karusel / Sosial > Bakıda qanunsuz parkinq söküldü - Foto

Bakıda qanunsuz parkinq söküldü - Foto


24-03-2022, 17:43. Yazar: Admin

Bakıda qanunsuz parkinq söküldü

Xocalı prospektində yerləşən Mübarək Şadlıq evinin qarşısında qanunsuz parkinq quraşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.Bildirilib ki, vətəndaşlar üçün nəzərdə tutulan parkinq dəmir kilidlərlə zəbt olunub.Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Nəqliyyat Agentliyi hadisəyə münasibət bildirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, məsələ ilə bağlı artıq tədbir görülüb.Belə ki, həmin ərazidə quraşdırılan dəmir kilidlər sökülərək, əvəzinə plastik arakəsmə qoyulub.

(Qafqazinfo) 


 


Geri dön