Ana Sayfa > Karusel / Siyasət > Şarl Mişel: "Kremlə təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik"

Şarl Mişel: "Kremlə təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik"


24-03-2022, 17:07. Yazar: Admin

Şarl Mişel

"Biz Ukraynanı mümkün olduğu qədər dəstəkləməli və Kreml üzərində təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel NATO-nun baş qərargahında mətbuata açıqlamasında deyib.

 

"Vladimir Putin məğlub edilməlidir. Bunun baş verməsi üçün biz Ukraynanı mümkün olduğu qədər dəstəkləməliyik və Kreml üzərində təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik. G7 ölkələri ilə birlikdə, NATO və Aİ-yə üzv ölkələrlə birlikdə biz işləməyə davam edəcəyik. Bu müharibə dayanmalıdır", - deyə Ş. Mişel vurğulayıb.


Geri dön