Ana Sayfa > Karusel / Gündəm > Boris Conson: "Sanksiyalar Rusiyanın qızıl ehtiyatlarına təsir edə bilər"

Boris Conson: "Sanksiyalar Rusiyanın qızıl ehtiyatlarına təsir edə bilər"


24-03-2022, 14:59. Yazar: Admin

Boris Johnson: Önümüzdeki saatlerde işgal mümkün - Son Dakika Haberleri

"Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar bu ölkənin qızıl ehtiyatlarına təsir edə bilər".

Qarabaginfo.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

"İqtisadi nöqteyi-nəzərdən daha çox iş görməliyik. Məsələn, biz Rusiyanın qızıl ehtiyatlarından istifadə etməsinin qarşısını ala bilərikmi?!", - deyə o, qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniya Rusiya və Belarus mallarının ölkəyə idxalını məhdudlaşdırıb, illik idxal dəyəri 900 milyon funt sterlinqdən çox olan mallara əlavə 35% gömrük rüsumu tətbiq etməyə qərar verib. Söhbət dəmir, polad, gübrə, taxta, dəmir yolu qabları, sement, mis, alüminium, gümüş, qurğuşun, avtomobil, gəmi, araq, sirkə, şüşə və şüşə qablar, sənət əsərləri və əntiq əşyalar, xəzlər, ağ balıq və s. kimi məhsullardan gedir.


Geri dön