Ana Sayfa > Karusel / Gündəm > "Lukoil" Xəzərdəki Qreyfera yatağında qazma işlərinə bu ilin sonunda başlayacaq
"Lukoil" Xəzərdəki Qreyfera yatağında qazma işlərinə bu ilin sonunda başlayacaq24-03-2022, 14:50. Yazar: Admin |
"Lukoil" şirkəti bu ilin noyabrın sonunda Xəzər dənizinin Rusiya sektorunda yerləşən Qreyfera yatağında qazma işlərinə başlamağı planlaşdırır. Qarabaginfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov bildirib. "Bəli, bu gün üst hissələrdə tikinti işləri demək olar ki, yekunlaşıb. Yaşayış bloku artıq bazaya yüklənib. Mayda onu yığmağı planlaşdırırıq, iyunda əraziyə işçilər göndərəcəyik. Noyabrın sonunda – dekabrda isə qazma işlərinə başlayacağıq", - deyə Ələkbərov yatağın 2022-ci ildə işə salınması planları ilə bağlı sualı cavablandırıb. Şirkət əvvəllər layihəni 2022-ci ilin sonunda işə salmağı planlaşdırırdı. Yataqda hasilatın layihə səviyyəsinin ildə 1,2 milyon ton neft olacağı gözlənilir. Xatırladaq ki, "Lukoil" 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat, 1999-cu ildən isə dərin qazma işləri aparır. Geri dön |