Ana Sayfa > Karusel / Gündəm > NATO rəhbərliyi Alyansın Şərq sərhədlərinə əlavə qoşun göndərib

NATO rəhbərliyi Alyansın Şərq sərhədlərinə əlavə qoşun göndərib


24-03-2022, 14:29. Yazar: Admin

Учения НАТО за Полярным кругом состоятся в марте 2022 года » Слово и Дело

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində yazılıb.

Məlumata görə, NATO Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.

“Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər təhlükəsizliyimiz üçün yeni reallıqlar yaranıb. NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub”, - NATO-dan bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının hazırda Brüsseldə davam edən fövqəladə iclasının açılış nitqində deyib ki, həmin qüvvələr lazım olan vaxtadək orada qalacaqlar.


Geri dön