Ana Sayfa > Karusel / Gündəm > Səfər Mehdiyev Pakistan nümayəndə heyəti ilə görüşdü
Səfər Mehdiyev Pakistan nümayəndə heyəti ilə görüşdü24-03-2022, 14:16. Yazar: Admin |
Dövlət Gömrük Komitəsində Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib Qarabaginfo.az xəbər verir ki, görüş Dövlət Gömrük Komitəsində baş tutub.Qonaqları salamlayan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib: “Beynəlxalq və regional əhəmiyyətli məsələlərdə dövlətlərimiz qarşılıqlı dəstək və etimad nümayiş etdirirlər, Pakistan dövləti və xalqının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə bütün müstəvilərdə tam dəstək verməsi bunun bariz nümunəsidir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlardan danışan Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrüyünün çevik və dinamik bir quruma çevrildiyini diqqətə çatdırıb: “Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər əldə olunub. Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səmimi görüşə görə təşəkkürünü bildirib. Syed Muhammad Tariq Huda qeyd edib ki, iki qardaş ölkə arasında strateji əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm imkanlar var və aidiyyəti qurumlar, o cümlədən gömrük orqanları bu sahənin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər. Sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında 2022/2023-cü illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı”nın imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda imzalayıblar. Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın 13-dək davam edəcək.
Geri dön |