Ana Sayfa > Karusel / Gündəm > Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb

Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb


24-03-2022, 14:06. Yazar: Admin

Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb

Polşa terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması bəhanəsi ilə Rusiya səfirliyinin bank hesablarını bloklayıb.

Qarabaginfo.az-ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bildirib.

Səfirin sözlərinə görə, Polşa hökumətinin bu addımı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir.

"Yəqin ki, hər bir sağlam düşüncəli insana aydındır ki, diplomatik nümayəndəliklə bağlı ittihamlar absurddan da artıqdır, hətta Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının birbaşa və açıq-aşkar pozulması faktını nəzərə almasaq belə", - Andreyev əlavə edib.


Geri dön