Ana Sayfa > Karusel / Gündəm > “Turkcell”dən Ukrayna açıqlaması

“Turkcell”dən Ukrayna açıqlaması


24-03-2022, 14:00. Yazar: Admin

“Turkcell” telekommunikasiya şəbəkəsinin Ukraynadakı infrastrukturunun təxminən 10 faizi Rusiyanın işğalı nəticəsində sıradan çıxıb.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Şirkət eyni zamanda onun mərkəzi şəbəkəsinə heç bir ziyanın olmadığını əlavə edib. Ukraynada “Lifecell” adı ilə fəaliyyət göstərən türk telekommunikasiya şəbəkəsi “Turkcell” işçiləri arasında itkilərin olmadığını bildirir.

Şirkət, Ukraynanın qərbindəki Lvovda və bəzi qonşu ölkələrdə əməliyyatları davam etdirmək üçün lazımi avadanlıq təmin etdiyini və ehtiyat məlumat mərkəzləri qurduğunu, əlavə olaraq, ölkədəki pərakəndə satış mağazalarının 45 faizinin açıq qaldığını qeyd edib.


Geri dön