Ana Sayfa > Karusel / Gündəm > Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib

Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib


24-03-2022, 13:35. Yazar: Admin

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Şəhər Hərbi Komendantlığından Qarabaginfo.az-a verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur. (report.az)


Geri dön