Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev Yunanıstan həmkarını təbrik edib

Prezident İlham Əliyev Yunanıstan həmkarını təbrik edib


24-03-2022, 13:25. Yazar: Admin

Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".


Geri dön