Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Biləsuvarda külli miqdarda narkotik saxlayan şəxs tutulub
Ana Sayfa > Karusel / Gündəm > Biləsuvarda külli miqdarda narkotik saxlayan şəxs tutulub

Biləsuvarda külli miqdarda narkotik saxlayan şəxs tutulub


24-03-2022, 13:16. Yazar: Admin

Biləsuvarda külli miqdarda narkotik saxlayan şəxs tutulub

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Ş. Nəzərli saxlanılıb.

Ş. Nəzərlinin üzərinə keçirilən baxış zamanı 14 kiloqram 335 qram heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkar edilərək götürülüb.


Geri dön