Ana Sayfa > Karusel / Gündəm > Britaniya XİN başçısı: "Rusiyanın iqtisadiyyatını zəiflətməyə davam edəcəyik"

Britaniya XİN başçısı: "Rusiyanın iqtisadiyyatını zəiflətməyə davam edəcəyik"


24-03-2022, 13:10. Yazar: Admin

“Rusiyanın heç bir əsas və səbəb olmadan Ukraynanı işğal etməyə başlamasından bir ay ötür”.

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.

“Biz Ukraynanı dəstəkləmək, Kremlin iqtisadiyyatını zəiflətmək və Rusiya təcavüzünün qarşısını almaqdan ötrü müttəfiqlərlə birgə işləməyə davam edəcəyik”,- o bildirib.

Qeyd edək ki, Böyük Britaniya Baş naziri Boris Conson və xarici işlər naziri Liz Trass NATO-nun Brüsseldə keçirilən fövqəladə toplantısında iştirak edirlər. İclas Rusiya-Ukrayna müharibəsinə həsr olunub.


Geri dön